Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti mart ayında neft məhsullarının ixracını 49% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti mart ayında neft məhsullarının ixracını 49% artırıb
# 05 aprel 2010 11:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 202 360 ton neft məhsulları ixrac edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında 13 317 ton avtomobil benzini, 177 499 ton dizel yanacağı, 11 309 ton təyyarə yanacağı, 235 ton soba mazutu ixrac edilib. Cari ilin fevral ayı ilə müqayisədə ixrac edilmiş neft məhsullarının həcmi 48,6% artıb.

Ümumilikdə, 2010-cu ilin yanvar-mart ayları ərzində 32 164 ton avtomobil benzini, 450 608 ton dizel yanacağı, 26 295 ton təyyarə yanacağı, 235 ton soba mazutu ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunmuş neft məhsullarının ümumi həcmi 9,6% azalıb.

Qeyd edək ki, 2010-cu ilin mart ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 756,54 ABŞ dolları, təyyarə yanacağının – 686,91 dollar, dizel yanacağının – 654,12 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 463,32 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR