Bank Of Baku

Azərbaycan 173 yeni kiçik su elektrik stansiyası inşa edəcək

Azərbaycan 173 yeni kiçik su elektrik stansiyası inşa edəcək
# 05 aprel 2010 12:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Yaxın gələcəkdə Azərbaycanın bölgələrindəki irriqasiya sistemləri və dağ çayları üzərində 173 kiçik su elektrik stansiyasının (SES) tikintisi planlaşdırılır. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Sənaye və Energetika Nazirliyi investisiya və sənaye obyektlərinin yenidən qurulması şöbəsinin müdiri Ramiz Rzayev məlumat verib.

R.Rzayevin sözlərinə görə, bu stansiyalar toplam olaraq illik 3,2 mlrd. kVt/saat elektrik enerjisi istehsal etmək gücünə malik olacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda istehsal edilən elektrik enerjisinin 12%-i SES-lərin payına düşür. Azərbaycandakı çayların hidroenerji potensialı 40 mlrd. kVt/saat, iqtisadi cəhətdən əlverişli potensialı isə 16 mlrd. kVt/saat həcmində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR