Bank Of Baku

Azərbaycan günəş və termal suların enerjisindən istifadə imkanlarını araşdırır

Azərbaycan günəş və termal suların enerjisindən istifadə imkanlarını araşdırır
# 05 aprel 2010 13:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan hökuməti günəş enerjisi və termal suların enerjisindən istifadə imkanlarını nəzərdən keçirir. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Sənaye və Energetika Nazirliyi investisiya və sənaye obyektlərinin yenidən qurulması şöbəsinin müdiri Ramiz Rzayev məlumat verib.

R.Rzayevin sözlərinə görə, Azərbaycanda il ərzində günəşli günlərin sayı 280-a yaxın olduğundan, ölkədə gücü 50-3000 MVt olan stansiyaların tikintisi mümkündür.

Nazirlik nümayəndəsi bildirib ki, aparılan araşdırmalar zamanı Azərbaycanda hərarəti 35-1000C dərəcəyə malik termal suların ümumi ehtiyatları 400 mln. kubmetr/gün qiymətləndirilib. Ölkənin bütün ərazisində rastlaşılan bu alternativ enerji mənbəyi ən çox Kür çökəkliyindədir.

Sənaye və energetika naziri Natiq Əliyev isə bildirib ki, yaxın vaxtlarda Nazirlər Kabinetinin alternativ və bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı qərar qəbul edəcəyi gözlənilir. Bu qərar enerji mənbələrinin istehsalçıları və bu enerjinin istehlakçıları arasında münasibətləri tənzimləyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR