Bank Of Baku

Azərbaycan martda Bakı-Novorossiysk kəməri ilə neftin icracını sabit saxlayıb

Azərbaycan martda Bakı-Novorossiysk kəməri ilə neftin icracını sabit saxlayıb
# 05 aprel 2010 13:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Novorossiysk (Rusiya) limanından 159 513 ton xam neft ixrac edib. Fevral ayı ilə müqayisədə neftin Şimal marşrutu ilə ixracı cəmi 12 ton və ya 0,008% artıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar-mart ayları ərzində həmin istiqamətdə ümumilikdə 448 780 ton xam neft ixrac edilib.

Qeyd edək ki, mart ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 78,90 ABŞ dollarına, Ural nefti – 77,04 dollara, BTC FOB Ceyhan tipli xam neftin 1 bareli isə 79,61 dollara satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR