Bank Of Baku

Azərbaycanın «Çovdar» filiz yatağı üzrə texniki iqtisadi əsaslandırmanı Britaniya şirkəti hazırlayacaq

Azərbaycanın «Çovdar» filiz yatağı üzrə texniki iqtisadi əsaslandırmanı Britaniya şirkəti hazırlayacaq
# 06 aprel 2010 07:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azerbaijan International Mineral Resources Operating Company» (AIMROC) şirkəti «Çovdar» layihəsi üzrə texniki iqtisadi əsaslandırmanın aparılması üzrə tenderin qalibini elan edib. Bu barədə «APA-Economics»ə AIMROC-dan məlumat verilib.

Tenderin qalibi Böyük Britaniyanın «Behre Dolbear Engineering Services Ltd.» şirkəti olub.

Qeyd edək ki, «Azerbaijan International Mineral Resources Operating Company» konsorsiumu Azərbaycanın «Qarabağ», «Çovdar», «Göydağ», «Dağ Kəsəmən» yataqları, habelə «Köhnəmədən» sahəsi və «Kürəkçay» hövzəsinin istismarını həyata keçirəcək. Azərbaycan hökuməti ilə 2006-cı ilin dekabrın 30-da imzalanmış 30 illik müqavilənin şərtlərinə görə, Azərbaycan 30%, konsorsiumu təsis edən 5 xarici şirkət («Londex Resources S.A.», «Will and Meyris S.A.», «Fargate Mining Corporation», «Globex İnternational LLP» və «Mitsui Development Engineering Co. Ltd.») isə 70%-lik paya malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR