Bank Of Baku

«Azəriqaz» İstehsalat Birliyi İmişlidə qazlaşdırma prosesini davam etdirir

«Azəriqaz» İstehsalat Birliyi İmişlidə qazlaşdırma prosesini davam etdirir
# 07 aprel 2010 09:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi regionların qazlaşdırılmasını davam etdirir.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, son vaxtlar görülən tədbirlər nəticəsində İmişli rayonun H.Aslanov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binalarının təbii qazla təmin olunması üçün 500 metrlik qaz boru xətti çəkilib, 57 mənzil dövlət vəsaiti hesabına sayğaclaşdırılıb. Ötən ildə rayon üzrə mavi yanacaqdan istifadə edən abonentlərin sayı 4 121 nəfərə çatdırılıb. Hazırda isə abonentlərin mavi yanacaqla fasiləsiz təmin olunması üçün 5 800 metrlik əlavə yeraltı polietilen boru kəməri çəkilir.

Eyni zamanda İmişli rayonunun köməkçi dairəvi xətti üçün 2 974 metrlik yeraltı boru kəmərinin çəkilişi də yekunlaşmaq üzrədir. Uzun illər təbii qazdan istifadə etməyən sakinləri mavi yanacaqla təmin etmək üçün Ə.Məmmədov küçəsi istiqamətində polietilen boru kəməri çəkilərək istismara hazır vəziyyətə gətirilib. Rayonun Gənclik massivi adlanan ərazisinə 9 800 metrlik, Depo məhəlləsinə 1 090 metrlik, Bakı küçəsində isə 1 750 metrlik aşağı təzyiqli boru kəmərləri də çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR