Bank Of Baku

Samux rayonunda kəndlərin mavi yanacaqla təmin olunması davam etdirilir

Samux rayonunda kəndlərin mavi yanacaqla təmin olunması davam etdirilir
# 07 aprel 2010 09:38 (UTC +04:00)
Samux. Ayxan Hüseynov - APA. 2009-cu ildə Samux rayonunun bir neçə ildir mavi yanacaqla təchiz olunmayan kəndləri yenidən qazlaşdırılır.

Samux rayon Qaz İstismar Şöbəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, ötən il Samux rayonunun əvvəllər mavi yanacaq verilmiş Sarı Qamış, Seyidlər, Qədili kəndlərinə və Şəmkirin Samux rayonuna yaxın yerləşən Talış kəndinə mavi yancağın verilməsi bərpa edilib.

Bununla da rayon üzrə mavi yanacaq verilən yaşayış massivlərinin sayı 31-ə, abonentlərin sayı isə 12 000-ə çatdırılıb. Bu il rayonun Füzuli kəndinin və bir neçə yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. 2011-ci ildə isə Kür çayı kənarında yerləşən Qırmızı Samux, Yenikənd və Poylu kəndlərinə mavi yanacağın verilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR