Bank Of Baku

Azərbaycanda yeni kimya texnoparkı yaradılacaq

Azərbaycanda yeni kimya texnoparkı yaradılacaq
# 07 aprel 2010 10:54 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, ARDNŞ kimya sənayesində, xüsusilə də «Azərikimya»nın müəssisələrini əhatə etməklə genişmiqyaslı proqramlar həyata keçirməyi planlaşdırır: «Artıq bir neçə gündür ARDNŞ-in əməkdaşları «Azərikimya»da işlər aparır və proqramlar hazırlanır. Tez bir zamanda «Azərikimya»nın dayanmış zavodlarının işini bərpa edəcəyik. Bu müəssisələrə böyük investisiya qoyuluşları həyata keçiriləcək. Çalışacağıq ki, şirkətin bütün zavodlarının gücünü və effektliliyini artıraq».

Şirkət rəhbəri qeyd edib ki, investisiyalar həm xarici, həm də daxili mənbələrdən yönəldiləcək. İlk növbədə «Azərikimya»nın müəssisələri ilə ARDNŞ-in müəssisələrinin inteqrasiyası təşkil olunacaq.

«Bu inteqrasiya hesabına «Azərikimya»nın gəlirliliyi artırılacaq. Həmçinin, ARDNŞ-in Türkiyədə paya malik olduğu «Petkim» neft-kimya kompleksinin də imkanlarından istifadə olunmaqla «Azərikimya»nın müəssisələrində istehsal edilən məhsulların xaricə daha yüksək qiymətlə satışı imkanları əldə olunacaq», - deyə R.Abdullayev vurğulayıb.

ARDNŞ prezidenti əlavə edib ki, dövlət başçısının tapşırığı ilə yaxın 2-3 ilə Sumqayıtda yeni kimya texnoparkının yaradılması nəzərdə tutulur. Bu texnoparkda kimya məhsulları istehsal edən onlarla yeni zavod yerləşəcək və hazırlanan proqrama əsasən Sumqayıtın kimya sənayesində bir neçə ilə 10 minə yaxın yeni iş yeri yaradılacaq. Hazırda İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə Sumqayıtda biznes-forumun keçirilməsi və bu sektora şirkətlərin cəlb olunması məsələləri nəzərdən keçirilir.

R.Abdullayev onu da qeyd edib ki, yeni bir neft-kimya kompleksinin Bakı şəhərinin Qaradağ rayonunun ərazisində tikintisi də təklif olunub. Bu kompleks Sumqayıtda yerləşən kimya müəssisələri üçün ilkin məhsullar istehsal edəcək.

«Azərikimya»nın «Petkim»ə rəqib olmayacağını qeyd edən ARDNŞ rəhbəri onu da əlavə edib ki, artıq hər iki şirkətin inteqrasiyası proqramı hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR