Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti perspektivdə Bakı-Novorossiysk kəməri ilə neftin ixracını artıra bilər

Azərbaycan Dövlət Neft Şirkəti perspektivdə Bakı-Novorossiysk kəməri ilə neftin ixracını artıra bilər
# 07 aprel 2010 13:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti gələcəkdə Bakı-Novorossiysk kəməri ilə ixrac etdiyi neftin həcminin artırılması məsələsinə baxa bilər. «APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

ARDNŞ prezidenti Rusiya tərəfinin Bakı-Novorossiysk kəməri ilə ixrac edilən neftin həcminin artırılması təklifi ilə çıxış etdiyini, lakin ARDNŞ-in hazırda belə bir həcmə malik olmadığını qeyd edib.

Cari ildə Bakı-Novorossiysk kəməri ilə ARDNŞ-in 2,5 mln. ton xam neft ixrac etməyi planlaşdırdığını deyən R. Abdullayev Dövlət Neft Şirkətinin hasilatı artdıqca bu məsələyə baxılmasını da istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR