Bank Of Baku

OPEC-in neft səbətnin qiyməti 18 aylıq maksimuma çatıb

OPEC-in neft səbətnin qiyməti 18 aylıq maksimuma çatıb
# 07 aprel 2010 14:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 18 ay ərzində Neft İxracatçısı Ölkələri Təşkilatının (OPEC) neft səbətnin qiyməti maksimal həddə çatıb. «APA-Economics»in məlumatına görə, OPEC-in neft səbətinin dəyəri 1,28 ABŞ dollar artıb, onun rəsmi qiyməti isə aprel ayının 6-na 82,59 dollar/barel təşkil edib.

Səbətin ən yüksək qiyməti isə 2008-ci ilin iyulun 3-də qeydə alınıb. Belə ki, həmin tarixdə onun qiyməti 140,73 dollar/barel olub. Pasxa bayramı ilə əlaqədar cari ilin aprel ayının 2-də səbətin qiymətləndirilməsi aparılmayıb. Lakin aprelin 1-nə bu rəqəm 79,93 dollar/barel, aprelin 5-nə isə 81,31 dollar/barel təşkil edib.

Qeyd edək ki, OPEC-in neft səbəti («OPEC Reference Basket of crudes») bu təşkilata üzv olan ölkələrin dünya bazarına ixrac etdiyi neftin qiymətinin ortaölçülü məcmu göstəricisidir. Ötən ilin yanvar ayından səbət «Saharan Blend» (Əlcəzair), «Girassol» (Anqola), «Oriente» (Ekvador), «Iran Heavy» (İran), «Basra Light» (İraq), «Kuwait Export» (Küveyt), «Es Sider» (Liviya), «Bonny Light» (Nigeriya), «Qatar Marine» (Qətər), «Arab Light» (Səudiyyə Ərəbistanı), «Murban» (BƏƏ) və «Merey» (Venesuela) tipli 12 neft markası ilə təmsil olunub. Səbətin qiymət dəyəri hər gün OPEC-in katibliyi tərəfindən hesablanır.

Xatırladaq ki, OPEC-ə Əlcəzair, Anqola, Venesuela, Qabon, İraq, İran, Qətər, Küveyt, Liviya, Nigeriya, BƏƏ, Səudiyyə Ərəbistanı və Ekvador daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR