Bank Of Baku

ARDNŞ prezidenti “İNEPO-AVRASİYA” IV Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

ARDNŞ prezidenti “İNEPO-AVRASİYA” IV Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb
# 07 aprel 2010 14:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) “İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüş keçirilib.

«APA-Economics»in məlumatına görə, olimpiada iştirakçıları ilə görüşən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev rəhbərlik etdiyi qurumun ölkədə ekoloji tarazlığın bərpa olunması istiqamətində apardığı genişmiqyaslı tədbirlərdən danışıb. O, ARDNŞ-in orta məktəb şagirdlərində neftçi peşəsinə həvəs oyatmaq istiqamətində apardığı işlər, xüsusilə kadr hazırlığı sahəsində həyata keçirdiyi Təqaüd Proqramları haqqında da məlumat verib.

R.Abdullayev bildirib ki, bu il “İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasına 33 ölkənin məktəbli komandaları tərəfindən internet vasitəsilə 300-dən çox layihə təqdim edilib, onlardan 97-si yarışmaya qəbul olunub. Həmin layihələrin 45-i Azərbaycanın müxtəlif regionlarını təmsil edən şagirdlər tərəfindən hazırlanıb. Bu layihələr Azərbaycan, Türkiyə, Filippin, Cənubi Afrika, Böyük Britaniya, Belarus, İndoneziya, Meksika, Rumıniya, Slovakiya və başqa ölkələrin təcrübəli elm adamlarından ibarət komissiya tərəfindən qiymətləndiriləcək.

Qeyd edək ki, “İNEPO-AVRASIYA” Ətraf Mühitin Mühafizəsi I Beynəlxalq Layihə Olimpiadası 2007-ci ildə keçirilib və tədbirdə 17 ölkənin məktəbliləri iştirak ediblər. Bu günədək keçirilən 3 olimpiadada Azərbaycanın qabaqcıl məktəblərinin şagirdləri bütün olimpiadalarda uğurla çıxış edərək, birinci olimpiadada 4 qızıl, 4 gümüş, 4 bürünc, ikinci və üçüncü olimpiadalarda 4 qızıl, 8 gümüş, 12 bürünc medal qazanıb.

Ötən il ARDNŞ əlavə olaraq “Neft-qaz sənayesində ən yaxşı ekoloji layihə” nominasiyası üzrə xüsusi mükafat ayırıb, qalibləri müəyyənləşdirib və mükafatlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR