Bank Of Baku

«Palmali» və «Kazmortransflot» şirkətləri arasında uzunmüddətli müqavilə imzalanıb

«Palmali» və «Kazmortransflot» şirkətləri arasında uzunmüddətli müqavilə imzalanıb
# 07 aprel 2010 14:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Palmali» və Qazaxıstanın «Kazmortransflot» şirkətləri arasında Aktau limanından İranın Neka limanına xam neftin nəqlinə dair uzunmüddətli müqavilə imzalanıb.

«Palmali»dən «APA-Economics»ə verilən məlumata görə, müqaviləyə əsasən xam neft maksimal yükqaldırmağa malik olan tankerlərlə nəql olunacaq.

Bundan başqa, 2 ay əvvəl «Palmali» həmçinin Alaca limanında Neka limanına xam neftin nəql edilməsinə dair tenderdə də qalib gəlib və buna dair müvafiq müqavilə imzalanıb. Ümumiyyətlə, şirkət yaxın bir il ərzində Xəzər dənizində daşıdığı yüklərin həcmini 2 dəfə artırmaq niyyətindədir.

Bununla yanaşı, Xəzər dənizində fəaliyyətin genişləndirilməsi proqramına uğun olaraq «Palmali» son il ərzində müasir tipli donanmasını 25 ədədə çatdırıb. Bu tankerlər dəniz nəqliyyatı ilə neft və neft məhsullarının daşınmasının 60%-ni təşkil edir.

Hazırda «Palmali»nin donanması Xəzər dənizi ilə ayda 600-80 min ton xam neft və neft məhsullarını nəql edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR