Bank Of Baku

Azərbaycan Vyetnama neft ixrac edəcək

Azərbaycan Vyetnama neft ixrac edəcək
# 08 aprel 2010 08:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycan Dövlət Net Şirkətində (ARDNŞ) Bakıda səfərdə olan Vyetnam hökumətinin nümayəndə heyəti ilə görüş keçirilib. «APA-Economics»in məlumatına görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycan və Vyetnam arasında neft-qaz sektorunda əlaqələrin mövcud olduğunu və Bakıda sovetlər dövründən Vyetnamın neft sənayesi üçün kardrların hazırlandığını qeyd edib.

Görüşün sonunda Vyetnam Neft və Qaz Şirkətlər Qrupu – «PetroVyetnam»ın prezidenti Fun Din Tuk və ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətlər arasında əməkdaşlığa dair memorandum imzalayıblar. Görüş çərçivəsində həmçinin ARDNŞ-in Asiya ölkələri üzrə treydinq şirkəti «SOCAR Trading Sinqapur» ilə «PetroVyetnam» arasında Azərbaycan xam neftinin Vyetnama satışına dair uzunmüddətli müqavilə imzalanıb.

R.Abdullayev bildirib ki, ARDNŞ birgə müəssisə şəklində Vyetnam tərəfi ilə müəyyən neft-qaz əməliyyatları həyata keçirmək niyyətindədir: «İkinci məsələ isə ARDNŞ-in «PetroVyetnam»a uzunmüddətli neft satışının təşkili ilə bağlıdır. Bizim prioritet məsələlərimizdən biri Asiya bazarına çıxmaqdır. Bu regionda böyük bazarlardan da biri Vyetnamdır. ARDNŞ-in Sinqarupdakı ofisi bu məsələləri həll edəcək».

ARDNŞ prezidenti bildirib ki, bundan sonra Vyetnama ixrac ediləcək neftin həcmlərinə baxılacaq, aylıq və illik həcm qrafikləri hazırlanacaq.

R.Abdullayev onu da əlavə edib ki, Azərbaycan mütəxəssisləri Vyetnamın neft yataqlarının işlənilməsində həmişə aktiv iştirak edib. Hazırda da Azərbaycan mütəxəssisləri Vyetnamda çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR