Bank Of Baku

Ukrayna və Polşa neft nəqli sistemlərinin birləşdirilməsi məqsədilə tender keçirilir

Ukrayna və Polşa neft nəqli sistemlərinin birləşdirilməsi məqsədilə tender keçirilir
# 08 aprel 2010 08:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Sarmatiya» beynəlxalq boru kəməri müəssisəsi Ukrayna və Polşa neft nəqli sistemini birləşdirəcək neft kəməri tikintisinin texniki-iqtisadi əsaslandırma sənədinin, eləcə də layihənin ətraf mühitə təsiri ilə bağlı hesabatın hazırlanması üçün tender elan edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Qeyd olunan neft kəməri gələcək Avrasiya neft nəqli dəhlizinin inteqral hissəsi sayılır. Layihə Avropa İttifaqının «İnfrastruktur və ətraf mühit» əməliyyat proqramının prioritet layihələri siyahısına daxil edilib. Tenderdə iştirak etmək istəyən şirkətlər 2010-cu il aprelin 12-nə qədər müvafiq ərizə ilə müraciət edə bilər. Tenderin keçirilmə qaydaları haqqında daha ətraflı məlumat «Sarmatiya» beynəlxalq boru kəməri müəssisəsinin www.sarmatia.com.pl internet səhifəsində yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan, Litva, Polşa və Ukraynaya məxsus ARDNŞ, GOGC, «Klaipedos Nafta», «Przyjazn» və «Ukrtransnafta» şirkətləri «Sarmatiya» konsorsiumunun təsisçiləridir. ARDNŞ bu müəssisədə 24,75% iştirak payına malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR