Bank Of Baku

Qırğızıstanın Xalq Etimad Hökuməti enerji tariflərini aşağı salır

Qırğızıstanın Xalq Etimad Hökuməti enerji tariflərini aşağı salır
# 08 aprel 2010 09:03 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün Qırğızıstan Xalq Etimad Hökumətinin rəhbəri, sabiq xarici işlər naziri Roza Otunbayeva parlament binasında ilk mətbuat konfransını keçirib.

APA-Economics”in məlumatına görə, brifinq zamanı R.Otunbayeva ölkənin müvəqqəti hökumətinin ilk qərarlarını açıqlayıb.

Onun sözlərinə görə, ölkədə elektrik enerjisinin tarifləri aşağı salınacaq, Kurmanbek Bakiyev tərəfindən satılmış strateji obyektlər yenidən dövlətin yurisdiksiyasına qaytarılacaq.

R.Otunbayeva bəyan edib ki, hazırda dövlət hakimiyyəti xalqın adından müvəqqəti hökumətə keçib və bütün dövlət orqanları onun rəhbərliyi altında fəaliyyət göstərir. Müvəqqəti hökumət yaxın altı ay ərzində fəaliyyət göstərəcək.

R.Otunbayeva Xalq Etimad Hökumətinin rəhbəri kimi onun müavinlərinin də təyin olunduğunu açıqlayıb. Bunlar müxalifət liderləri Temir Sariyev, Omurbek Tekebayev, Almazbek Atambayev və Azimbek Beknazarovdur. A.Atambayev iqtisadi bloka məsul olacaq, T.Sariyev maliyyə naziri təyin olunub, O.Tekembayev Konstitusiya islahatları həyata keçirəcək, A.Beknazarov isə məhkəmələrə, Baş Prokurorluğa və digər orqanlara nəzarət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR