Bank Of Baku

“Azərenerji”: 2013-sü ilədək smart-kart tipli sayğacların quraşdırılması tam yekunlaşacaq

“Azərenerji”: 2013-sü ilədək smart-kart tipli sayğacların quraşdırılması tam yekunlaşacaq
# 08 aprel 2010 13:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Azərenerji» ASC tərəfindən indiyədək 185 mindən çox smart-kart tipli sayğaclar quraşdırılıb.

«Azərenerji»dən «APA-Economics»ə verilən məlumata görə, hazırda 14 paylayıcı elektrik şəbəkəsində smart-kart tipli sayğacların quraşdırılması həyata keçirilir. Bunlar 1 və 3 fazalı 100 amperlik sayğaclardan ibarətdir.

Qeyd edək ki, smart-kart tipli sayğacların ilk dəfə tətbiqinə başlandığı Gəncə şəhərində indiyədək 75 minə yaxın sayğac quraşdırılıb. Mingəçevir, Şirvan, Lənkəran şəhərlərində, Sabirabad, Saatlı, Cəlilabad, Ağsu, Bərdə və digər rayon mərkəzlərində bu tədbirlər davam etdirilir. «Azərenerji»dən bildirilib ki, 2013-cü ilə qədər qurumun enerji təchizatı müəssisələrinin xidmət etdiyi bütün şəhərlərdə və rayon mərkəzlərində bu prosesin tam başa çatdırılması nəzərdə tutulub. Bunların ardınca həmin tədbirlərin böyük qəsəbə və kəndlərdə davam etdirilməsi planlaşdırılır.

Proses yalnız sayğacların dəyişdirilməsi ilə yekunlaşmır, eyni zamanda 6, 10 və 0,4 kilovoltluq şəbəkələrdə SİP kabellərə keçilərək, güc mərkəzləri yeniləşdirilir və bundan sonra smart-kart tipli sayğaclar quraşdırılır.

Sayğacların quraşdırılmasında respublikada ilk dəfə olaraq kuaksial AVK tipli kabeldən istifadə olunur ki, bu da həm təhlükəsizliyin təminatına, həm də şəbəkəyə kənar müdaxilələrin qarşısının alınmasına hesablanıb. Bu kabel xarici görünüşünə görə adi kabelə bənzəsə də, iş mexanizmi fərqlidir. Faza içəridən gedərək izolə olunur, neytral isə onun üzərindədir. Bu göstəricilərə görə müdaxilə imkanları minimal səviyyədədir. Müdaxilə baş verərsə, istənilən şəxsin bunu müşahidə etməsi mümkündür.

«Azərenerji» ASC-nin Enerji Nəzarət İdarəsindən daxil olan məlumatda bildirilir ki, hansı şəbəkədə istehlak olunan elektrik enerjisinin ödənişi aşağı səviyyədədirsə və enerji verilişində problemlər müşahidə olunursa, smart-kart tipli sayğaclar əvvəlcə həmin ərazilərdə tətbiq ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR