Bank Of Baku

Bakıda «Neft Fondu haqqında» qanun layihəsinin təqdimatı keçirilib

Bakıda «Neft Fondu haqqında» qanun layihəsinin təqdimatı keçirilib
# 08 aprel 2010 14:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan İctimai Birliklərinin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası «Neft Fondu haqqında» qanun layihəsinin təqdimatını keçirib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Koalisiyanın üzvü Sabit Bağırov bildirib ki, sözügedən qanun layihəsi MSŞA-da təmsil olunan sabiq millət vəkilləri Əliməmməd Nuriyev, Qulamhüseyn Əlibəyli və iqtisadçı ekspert Vüqar Bayramovun təmsil olunduğu İşçi Qrupu tərəfindən hazırlanıb.

Qanun layihəsinin təqdimatını keçirən Ə.Nuriyev bildirib ki, sənədin hazırlanmasında beynəlxalq təcrübə öyrənilib, həmçinin qüvvədə olan müvafiq qanunvericilik aktları araşdırılıb.

Qanunda yer alan bir sıra məsələlər barədə danışan Ə.Nuriyev qeyd edib ki, hazırda Milli Məclis Dövlət Neft Fondunun (ARDNF) idarə olunması, vəsaitlərin bölüşdürülməsi və istifadəsi, o cümlədən Fondun fəaliyyətinin tənzimlənməsində iştirak etmir və təsir mexanizminə malik deyil. Qanunda bu məsələ öz əksini tapıb. Həmçinin qanun layihəsində göstərilib ki, ARDNF hər il fəaliyyəti barədə parlamentdə çıxış etməli, Fondun icraçı direktorunu prezidentin təqdimatı əsasında Milli Məclis seçməlidir. Layihədə həmçinin göstərilir ki, ARDNF-in investisiya portfelinin yerləşdirilməsində bir qitənin payı ümumi çəkidə 50%-dən çox ola bilməz.

Daha sonra layihə ilə bağlı millət vəkilləri və ekspertlər çıxış edib, öz təkliflərini bildiriblər.

Tədbirdə müxtəlif ictimai təşkilatların, müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR