Bank Of Baku

«Palmali» şirkəti Rusiyada 5 yeni tanker alacaq

«Palmali» şirkəti Rusiyada 5 yeni tanker alacaq
# 08 aprel 2010 14:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Palmali» şirkəti Rusiyanın Volqoqrad gəmiqayırma zavodu ilə «Armada» tipli 5 tankerin tikintisinə dair müqavilə imzalayıb.

«Palmali»dən «APA-Economics»ə verilən məlumata görə, ilk tanker 2011-ci ilin iyul ayında istifadəyə veriləcək. Hazırda «Armada» tipli tankerlərlə xam neft və neft məhsulları Xəzər, Qara, Aralıq, Baltik və Şimal dənizlərində daşınır.

RST22M layihəli bu tankerlərin uzunluğu 139,95 metr, eni 16,6 metr, hündürlüyü isə 6 metr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR