Bank Of Baku

Abşeron rayonunun qazla təminatının yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilir

Abşeron rayonunun qazla təminatının yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilir
# 08 aprel 2010 15:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi Abşeron rayon sakinlərinin təbii qazla təminatının yaxşılaşdırılması üçün tədbirlər planı hazırlayıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, əhalinin mavi yanacaqla fasiləsiz təchiz edilməsi və yeni yaşayış massivlərini qazlaşdırmaq məqsədi ilə rayonun kənd və qəsəbələrində təmir-tikinti işləri aparılır. Artıq Qobustan, Fatmayi kəndi, Çaylı, Qobu, Saray qəsəbələrində polietilen borularla daşıyıcı və müxtəlif diametrli polad borularla məhəllədaxili qaz xətlərinin çəkilişi başa çatdırılıb. Rayonun Qaz İstismar Sahəsi tərəfindən Quşçuluq massivinin S.Bəhlulzadə və R.Axundov küçələrində 100 metrdən artıq bir ərazidə qaz xətləri yenisi ilə əvəz olunub və 7 qaztənzimləyici şkaf quraşdırılıb.

Bundan başqa, Masazır kəndinin Qaçaq Nəbi küçəsində 1 siyirtmə və qaztənzimləyici şkaf, H.Aslanov küçəsində qaz borusunun 44 metrlik hissəsi dəyişdirilib, Mehdiabad qəsəbəsinin S.Mehdiyev küçəsində isə 1235 metrlik müxtəlif diametrli yeni xətlər çəkilib. Qaz itkilərinin minimuma endirilməsi məqsədi ilə Xırdalan şəhərində 609, Novxanı kəndində 721, Saray qəsəbəsində 511, Mehdiabad qəsəbəsində isə 830 qaz sayğacı həyətlərdən küçəyə çıxarılıb.

Hazırda Ceyranbatan qəsəbəsində polietilen borularla küçə xətləri, Aşağı-Güzdək, Atyalı və Nübar qəsəbələrində 3000 metrlik daşıyıcı qaz kəmərləri çəkilməkdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR