Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti I rübdə ölkənin təbii qaz təchizatı sisteminə proqnozdan 18% çox qaz verib

Azərbaycan Dövlət Neft Şirkəti I rübdə ölkənin təbii qaz təchizatı sisteminə proqnozdan 18% çox qaz verib
# 08 aprel 2010 15:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2010-cu ilin birinci rübündə Azərbaycanın yanacaq-enerji balansında təbii qazın təhvili üzrə nəzərdə tutulmuş öhdəlikləri artıqlaması ilə yerinə yetirib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-mart ayları ərzində ARDNŞ ölkənin təbii qaz təchizatı sisteminə proqnozdan 462,769 mln. kubmetr və ya 18,3% çox, yəni 2 983,769 mln. kubmetr mavi yanacaq verib.

Bundan başqa, ölkə sənayesinin və əhalinin təbii qazla tam təmin olunması məqsədi ilə yeraltı qaz anbarlarından əlavə olaraq 618,637 mln. kubmetr mavi yanacaq götürülüb. Müvafiq dövr ərzində sənaye, əhali və «Azərenerji» ASC-nin istifadəsinə 3 178,491 mln. kubmetr təbii qaz verilib, Gürcüstana 169,521 mln. kubmetr, Rusiyaya 172,105 mln. kubmetr, Naxçıvan MR-nın qaz təminatı üçün isə İrana 82,288 mln. kubmetr mavi yanacaq ötürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR