Bank Of Baku

Azərbaycanda «SOCAR» brendli ilk yanacaqdoldurma məntəqələri bu ay açılacaq

Azərbaycanda «SOCAR» brendli ilk yanacaqdoldurma məntəqələri bu ay  açılacaq
# 09 aprel 2010 09:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «SOCAR» brendli ilk yanacaqdoldurma məntəqələrini aprel ayının sonunadək istifadəyə verəcək. APA-nın məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, ilkin olaraq «SOCAR» brendli yanacaqdoldurma məntəqələri aeroport yolunda, Zığ şosesində və yeni Bibiheybət yolunda açılacaq. Layihəyə hansı həcmdə sərmayənin yatırılması ilə bağlı konkret rəqəm söyləməyən R.Abdullayev bildirib ki, bu il ərzində və 2011-ci ilin sonunadək ümumilikdə 26 analoji yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi nəzərdə tutulub. Daha sonra bazarın tələblərinə, satışın həcminə uyğun olaraq yanacaqdoldurma məntəqələrinin şəbəkəsi genişləndiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR