Bank Of Baku

Bu gün Şəmkir və Yevlax rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Bu gün Şəmkir və Yevlax rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq
# 09 aprel 2010 10:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Təmir-bərpa işləri və qaz sızması ilə əlaqədar Şəmkir və Yevlax rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, təmir-bərpa işləri ilə əlaqədar Şəmkir rayon Morul Qaztənzimləyici Məntəqədə, həmçinin qaz sızmasının qarşısının alınması məqsədi ilə Yevlax rayon «Yexlax-I», «Yevlax-II Cırdıxan» Qazpaylayıcı Stansiyalarının qaz təchizatı dayandırılacaq.

Bu gün saat 17:00-dək Şəmkir rayon Sərxan yaşayış massivində, Morul və Qaryağdı yaşayış massivlərinin bəzi hissələrində, eləcə də Yevlax rayonunun mərkəzində təbii qazın verilməsində fasilə yaranacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR