Bank Of Baku

“Şimal axını” qaz kəmərinin tikintisinə rəsmən start verilib

“Şimal axını” qaz kəmərinin tikintisinə rəsmən start verilib
# 09 aprel 2010 12:55 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, təntənəli mərasimdə Rusiya prezidenti Dmitri Medvedev, Niderlandın baş naziri Yan Peter Balkenende, Avropa İttifaqının energetika üzrə komissarı Günter Ottinger və digər rəsmi şəxslər iştirak ediblər.

Portovaya limanında Rusiya və Avropa qaz kəmərlərinin simvolik qaynaq olunması ilə “Şimal axını” qaz kəmərinin tikintisinə start verilib.

Qeyd edək ki, “Şimal axını” (“Nord Stream”) qaz kəməri Rusiyanın qaz yataqlarını Avropanın qaz kəməri şəbəkəsi ilə birləşdirəcək nəhəng layihədir. Bu kəmər vasitəsilə Avropanın qaza olan tələbatının 25 faizi təmin olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR