Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti yanvar-mart aylarında dövlət büdcəsinə ödənişləri 80% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti yanvar-mart aylarında dövlət büdcəsinə ödənişləri 80% artırıb
# 12 aprel 2010 09:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) dövlət büdcəsinə 254,745 mln. manat vəsait ödəyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ödənişin həcmi 118,290 mln. manat və ya 1,8 dəfə çox olub.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, təkcə mart ayı ərzində Şirkət büdcəyə 87,580 mln. manat vəsait ödəyib.

Bundan başqa, cari ilin mart ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 11,447 mln. manat vəsait köçürüb. Bu da ötən ilin mart ayına nisbətən 3,207 mln. manat və ya 38,9% çoxdur.

Ümumiyyətlə, cari ilin yanvar-mart aylarında Şirkət tərəfindən DSMF-ya ödəniş 28,550 mln. manat təşkil edib ki, 2009-cu ilin analoji dövrü ilə müqayisədə sözügedən ödənişin həcmi 4,548 mln. manat və 18,9% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR