Bank Of Baku

«Mingəçevir» SES elektrik enerjisi istehsalını artırıb

«Mingəçevir» SES elektrik enerjisi istehsalını artırıb
# 12 aprel 2010 12:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Mingəçevir Su Elektrik Stansiyası (SES) Silsiləsi»ndə cari ilin yanvar-mart aylarında 455 mln. kVt/saatdan artıq elektrik enerjisi hasil edilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-dən məlumat verilib.

Hesabat dövründə stansiya üzrə rüblük proqnoz 2% artıqlaması ilə yerinə yetirilib. Stansiyada rüb ərzində elektrik enerjisinin xüsusi sərfiyyatı üzrə qənaətə nail olunub.

Səhmdar cəmiyyətindən verilən məlumata görə, hazırda «Mingəçevir» SES-in 3 saylı hidroaqreqatında yenidənqurma işləri yerinə yetirlir. Silsiləyə daxil olan «Varvara» SES-nin 1 saylı hidroaqreqatında da analoji tədbirlərin yerinə yetirilməsi planlaşdırılıb.

Qeyd edək ki, «Mingəçevir SES Silsiləsi»nə 2 stansiya – Mingəçevir və Varvara su elektrik stansiyaları daxildir. Mingəçevir SES ümumi gücü 371 min kVt/saat olan 6 hidroaqreqatdan, Varvara SES isə ümumi gücü 16,5 min kVt/saat olan 3 hidroaqreqatdan ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR