Bank Of Baku

Sabah Qəbələ və Şabran rayonlarına təbii qazın verilməsində müvəqqəti məhdudiyyət olacaq

Sabah Qəbələ və Şabran rayonlarına təbii qazın verilməsində müvəqqəti məhdudiyyət olacaq
# 12 aprel 2010 14:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Aprelin 13-də Azərbaycanın Qəbələ və Şabran rayonlarına təbii qazın verilməsində müvəqqəti məhdudiyyət olacaq. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Qəbələ magistral qaz kəmərində baş vermiş qaz sızmasının ləğvi ilə əlaqədar aprelin 13-də saat 10:00-dan 15:00-dək həmin kəmərlə nəql olunan təbii qazın verilişi dayandırılacaq. Bundan başqa, Mozdok-Qazıməmməd magistral qaz kəmərinin 356-cı kilometrliyində yaranmış qaz sızmasının qarşısının alınması məqsədi ilə aprel ayının aprelin 13-də saat 11:00-dan etibarən 1 gün müddətində qaz təchizatı dayandırılacaq. Həmin müddət ərzində Qəbələ və Şabran rayonlarına təbii qazın verilişində müvəqqəti məhdudiyyətlər olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR