Bank Of Baku

Bu gün Rumıniya, Azərbaycan və Gürcüstan arasında anlaşma memorandumu imzalanacaq

Bu gün Rumıniya, Azərbaycan və Gürcüstan arasında anlaşma memorandumu imzalanacaq
# 13 aprel 2010 12:26 (UTC +04:00)
«APA-Economics»in Rumıniya KİV-nə istinadən verdiyi məlumata görə, bu layihə vasitəsilə təbii qaz Xəzər dənizindən Avropaya, Gürcüstan vasitəsilə Azərbaycandan Rumıniyaya ötürüləcək.

Rumıniyanın İqtisadiyyat, Ticarət və Biznes Mühiti Nazirliyinin yaydığı məlumata görə, anlaşma memorandumunu Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri Adriean Videanu, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Gürcüstanın energetika naziri Aleksandr Xetaquri imzalayacaq.

Adıçəkilən layihənin reallaşması üçün Rumıniya Azərbaycan və Gürcüstanla əməkdaşlıq edir. Təbii qazın daşınması məqsədilə birgə müəssisə yaradılacaq.

“Hazırda biz hər iki ölkə ilə əməkdaşlıq edirik. Birgə müəssisə yaradılacaq”, - deyə Rumıniya iqtisadiyyat nazirinin müavini Tudor Serban bildirib.

T.Serbanın sözlərinə görə, layihənin dəyəri 4-6 mlrd. avrodur. Bu layihəyə Gürcüstan və Rumıniyada sıxılmış təbii qaz terminalının tikintisi daxildir. Layihənin icrasında «Romgaz», ARDNŞ və Gürcüstanın milli qaz şirkəti iştirak edəcək. Onlar bir beynəlxalq şirkətin də qoşulacağı bir konsorsiuma daxil olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR