Bank Of Baku

Azərbaycanın ən iri elektrik stansiyası istehsalı artırıb

Azərbaycanın ən iri elektrik stansiyası istehsalı artırıb
# 13 aprel 2010 12:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin mart ayında Azərbaycanın ən böyük elektrik stansiyası olan «Azərbaycan» İstilik Elektrik Stansiyasında (İES) 473 mln. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da proqnozdan 2% çoxdur. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Yanvar-mart aylarında isə müəssisədə ümumilikdə 1,516 mlrd. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da rüblük proqnozdan 1% çox olub.

Hazırda stansiyanın III, IV, V və VII blokları işlək vəziyyətdədir. Stansiyanın I və VI -cı blokları ehtiyatda saxlanılır, II və VIII enerji bloklarında aparılan yenidənqurma işləri isə yaxın vaxtlarda yekunlaşacaq.

Qeyd edək ki, «Azərbaycan» İES üzrə gündəlik enerji hasilatı 14-17 mln. kVt/saat həcmindədir.

«Azərbaycan» İES-də hər birinin gücü 300 MVt olan 8 blok işləyir və stansiyada ölkədə hasil edilən elektirk enerjisinin 45%-ə qədəri hasil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR