Bank Of Baku

Sabah Türkmənistanda I Beynəlxalq Qaz Konqresi keçiriləcək

Sabah Türkmənistanda I Beynəlxalq Qaz Konqresi keçiriləcək
# 13 aprel 2010 15:16 (UTC +04:00)
Bakı – APA-Economics. Türkmənistan paytaxtında sabah işə başlayacaq I Beynəlxalq Qaz Konqresinə həsr olunmuş beynəlxalq sərgi keçirilib.

Türkmənistanın Azərbaycandakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirlərdə dünyanın 32 ölkəsindən 150 beynəlxalq təşkilat və şirkətin nümayəndəsi iştirak edir.

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədovun təşəbbüsü ilə keçirilən beynəlxalq sərgi və I Beynəlxalq Qaz Konqresi ölkənin qaz sənayesinin gələcək inkişaf perspektivləri, yeni işgüzar tərəfdaşlığın qurulması, xarici investisiyaların cəlb olunması və nəhəng karbohidrogen ehtiyatlarının işlənməsində beynəlxalq əməkdaşlığa təkan verəcək.

Sərgidə Azərbaycanın da təmsil olunacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR