Bank Of Baku

Azərbaycanda yeni iri qızıl yatağı aşkarlanıb

Azərbaycanda yeni iri qızıl yatağı aşkarlanıb
# 23 aprel 2010 10:00 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

H.Bağırovun sözlərinə görə, artıq yataqda kəşfiyyat işləri yekunlaşıb və işlənilməsi üçün sanksiya verilib.

Nazir Göygöl rayonunda, hazırda «Göygöl» adlanan daha bir perspektivli qızıl yatağının aşkar olunduğunu da bildirib. Yatağın proqnozlaşdırılan ehtiyatının nə qədər olduğunu deməsə də, H.Bağırov buranın «Çovdar» yatağından zəngin olduğunu vurğulayıb.

H.Bağırov son 7-8 ildə geoloqlar tərəfindən 170-ə yaxın müxtəlif faydalı qazıntı yatağının aşkarlanaraq istehsalçılara təhvil verildiyini qeyd edib: «Regionların inkişafı ilə əlaqədar olaraq rayon icra hakimiyyətləri tərəfindən geoloji axtarışların aparılması üçün daha çox müraciətlər olur. Hazırda bizim geoloqlar tək Kiçik Qafqazda deyil, Böyük Qafqaz və Talış dağlarında da faydalı qazıntı yataqlarını axtarır, kəşfiyyat işlərini davam etdirirlər».

Qeyd edək ki, «Çovdar» qızıl yatağını «Azerbaijan İnternational Mineral Resources Operating Company Ltd.» konsorsiumu (AIMROC) istismar edəcək. AIMROC «Qarabağ», «Çovdar», «Göydağ», «Dağ Kəsəmən» yataqları, habelə «Köhnə mədən» sahəsi və «Kürəkçay» hövzəsinin istismarınına dair Azərbaycan hökuməti ilə 2006-cı ilin dekabrın 30-da 30 illik müqavilə imzalayıb. Azərbaycan 30%, korsiumu təsis edən 5 xarici şirkət («Londex Resources S.A.», «Will and Meyris S.A.», «Fargate Mining Corporation», «Globex İnternational LLP» və «Mitsui Development Engineering Co. Ltd.») isə 70%-lik paya malikdir. Konsorsium «Çovdar»da 1 ton filizdən 2-4 qram, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə bundan bir qədər çox qızıl alınacağını proqnozlaşdırır. «Çovdar» filiz sahəsində geoloji kəşfiyyat quyuqazma işlərini «Russkaya Burovaya Kompaniya» MMC aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR