Bank Of Baku

«Standard Chartered Bank» Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlıq etməkdə maraqlıdır

«Standard Chartered Bank» Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlıq etməkdə maraqlıdır
# 23 aprel 2010 13:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Britaniyanın «Standard Chartered Bank»ın Sinqapur bölməsinin icraçı direktoru Arun Martinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə son illər Azərbaycanda həyata keçirilən regional əhəmiyyətli iri neft-qaz layihələri, ARDNŞ-in bu layihələrdə rolu, şirkətin beynəlxalq maliyyə institutları və nüfuzlu banklarla əməkdaşlığı ilə bağlı məsələlərin geniş spektrinə nəzər salınıb.

A.Marti təmsil etdiyi bankın dünyanın bir çox ölkəsində geniş fəaliyyət göstərdiyini və nüfuzlu neft-qaz şirkətləri ilə işgüzar əlaqələrə malik olduğunu qeyd edib, ARDNŞ-la əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

A.Marti Bankın ARDNŞ-in xarici ölkələrdə həyata keçirdiyi investisiya layihələrində iştirak etməyə, Asiyada və dünyanın digər bölgələrində neft-qaz sahəsində şirkətlə əməkdaşlığa hazır olduqlarını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR