Bank Of Baku

Liviyanın «Tamoil» qrupu Azərbaycan Dövlət Neft Şirkəti ilə xam neft və neft məhsulları istiqamətlərində əməkdaşlıq etmək niyyətindədir

Liviyanın «Tamoil» qrupu Azərbaycan Dövlət Neft Şirkəti ilə xam neft və neft məhsulları istiqamətlərində əməkdaşlıq etmək niyyətindədir
# 23 aprel 2010 13:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Liviyanın «Tamoil» qrupunun icraçı direktoru İsam Zanatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Azərbaycana ilk dəfə səfər etdiklərini söyləyən İ.Zanati bildirib ki, başçılıq etdiyi qrup Liviya xaricindəki layihələrdə bu ölkənin maraqlarını təmsil edir. Qrupun əsasən Avropada – İtaliya, Almaniya, İsveçrə, İspaniya kimi ölkələrdə fəaliyyət göstərdiyini qeyd edən İ.Zanati ARDNŞ ilə xam neft və neft məhsulları istiqamətlərində əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

Azərbaycanın neft strategiyası çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verən ARDNŞ prezidenti isə bildirib ki, hazırda Azərbaycan neftinin böyük hissəsi ARDNŞ-nin İsveçrədə yaratdığı «SOCAR Trading» şirkəti və onun törəmə müəssisəsi olan «SOCAR Trading Singapore» tərəfindən həyata keçirilir. «Tamoil» qrupu ilə ARDNŞ arasında əməkdaşlıq üçün imkanların geniş olduğunu qeyd edən R.Abdullayev qarşılıqlı əməkdaşlıq imkanlarının dəyərləndiriləcəyini söyləyib. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR