Bank Of Baku

Rövnəq Abdullayev: “Azərbaycanın qaz şəbəkəsinin yenidən qurulması üçün 1,1 mlrd. avro vəsait tələb olunur”

Rövnəq Abdullayev: “Azərbaycanın qaz şəbəkəsinin yenidən qurulması üçün 1,1 mlrd. avro vəsait tələb olunur”
# 24 aprel 2010 09:35 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

R. Abdullayevin sözlərinə görə, Bakı, Abşeron və ümumilikdə ölkənin bütün qaz təchizatının yenidən qurulması layihəsi çərçivəsində ARDNŞ Avropanın bir sıra şirkətləri ilə danışıqlar aparır.

R. Abdullayev bildirib ki, şirkətlər təkliflərini verib, hazırda qiymətləndirmə aparılır: “Layihəyə sayğacların qoyulması, qaz boru xətlərinin çəkilməsi və dəyişdirilməsi, kompressorların quraşdırılması daxildir. Bu işlərin hamısına - qaz təchizatının yenidən qurulmasına 1,1 mlrd. avro lazımdır. Qoyulan vəsait isə 3-4 il ərzində qaytarılmalıdır».

R. Abdullayev, həmçinin qeyd edib ki, ilin əvvəlindən indiyədək qaz pulunun yığımı 2,5 dəfə artıb və itkilər azalmağa doğru gedir.

ARDNŞ cari ilin sonuna kimi Avropadan 250 min ədəd smart kart tipli sayğacların gətiriləcəyini də bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR