Bank Of Baku

Azərbaycandakı “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarının tutumu 3 dəfə artırılacaq

Azərbaycandakı “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarının tutumu 3 dəfə artırılacaq
# 24 aprel 2010 09:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycandakı “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarının tutumu bu ilin sonunadək 3 dəfə artırılacaq. «APA-Economics»in məlumatına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib ki, cari ilin sonunadək ölkənin yeraltı qaz anbarlarının tutumu 3 mlrd. kubmetrə çatdırılacaq: «2009-сu ildə yeraltı qaz anbarlarına rekord həddə - 2 mlrd. kubmetr qaz vurulub. Bunun nəticəsində qış mövsümündə qazla bağlı problem olmayıb».

R. Abdullayevin sözlərinə görə, “Qaradağ” yeraltı qaz anbarının yenidən qurulmasından sonra buraya vurulan gündəlik qazın həcmi 2 mln. kubmetrdən 7 mln. kubmetrə çatdırılacaq. Ümumilikdə isə “Qaradağ” qaz anbarının aktiv qaz həcminin 2,3 mlrd. kubmetrə çatdırılması nəzərdə tutulub.

R. Abdullayev onu da bildirib ki, “Qalmaz” yeraltı qaz anbarında hazırda 13 kompressor var, daha 5 kompressor isə bu il iyul ayının 1-dək istifadəyə veriləcək. Bu anbara gün ərzində 6,5-7 mln. kubmetr qaz vurulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR