Bank Of Baku

Azərbaycanın bütün sərhədyanı rayonları bu ilin sonunadək tam qazlaşdırılacaq

Azərbaycanın bütün sərhədyanı rayonları bu ilin sonunadək tam qazlaşdırılacaq
# 24 aprel 2010 10:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın bütün sərhədyanı rayonları bu ilin sonunadək tam qazlaşdırılacaq. «APA-Economics»in məlumatına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, 2010-cu ilin sonunadək Azərbaycanda 500 evdən çox olan kəndlər qazla tam təchiz olunacaq: «Hazırda sərhədyanı rayonların qazlaşdırılması həyata keçirilir. Füzuli rayonunun qazlaşdırması başa çatmaq üzrədir, Ağdam, Ağcabədi və Bərdə rayonlarının qazlaşdırılması isə davam etdirilir. Bakı və onun ətrafındakı kəndlərin də qazlaşdırılması həyata keçirilir».

R. Abdullayev onu da deyib ki, Hacıqabul rayonunun yenidən qazlaşdırılması işləri də davam etdirilir. İşlər bu il iyunun 1-də başa çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR