Bank Of Baku

ARDNŞ prezidenti “Qaradağ” yeraltı qaz anbarında aparılan yenidənqurma işləri ilə tanış olub

ARDNŞ prezidenti “Qaradağ” yeraltı qaz anbarında aparılan yenidənqurma işləri ilə tanış olub
# 24 aprel 2010 10:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev “Qaradağ” yeraltı qaz anbarında olub.
«APA-Economics»in məlumatına görə, ARDNŞ prezidenti burada aparılan yenidənqurma işləri ilə, o cümlədən anbarının kompressor təsərrüfatı ilə tanış olub. Anbarda yeni kompressor stansiyası 2010-cu ilin iyunun 1-də istismara veriləcək.

Qeyd edək ki, “Qaradağ” yeraltı qaz anbarı sahəsində artıq bir sıra təmir-bərpa işləri həyata keçirilib. Burada 33 quyu təmir olunub, 25 quyu qazvurmaya qoşulub, 7 quyu ləğv edilib. Hazırda 3 quyuda təmir işləri davam etdirilir, 1 quyu isə müşahidədədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR