Bank Of Baku

«Nabucco»nun inşası üçün tələb olunan texniki ləvazimatın alınması və çatdırılmasına dair ilkin təsnifat prosesi başlanıb

«Nabucco»nun inşası üçün tələb olunan texniki ləvazimatın alınması və çatdırılmasına dair ilkin təsnifat prosesi başlanıb
# 24 aprel 2010 11:27 (UTC +04:00)
«Nabucco Gas Pipeline International» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, sözügedən prosesdə iştirak etmək istəyən şirkətlər mayın 17-dək müraciət edə bilər. Təsnifat mərhələsindən sonra kəmərin tikintisi üçün tələb olunan texniki ləvazimatın alınması və çatdırılmasına dair, həmçinin tikinti işlərinin yerinə yetirilməsinə dair tender keçiriləcək.

Qeyd edək ki, ümumiyyətlə kəmərinin inşası üçün tələb olunan texniki ləvazimatın alınması 3,5 mlrd. avro təşkil edir.

Xatırladaq ki, «Nabucco» qaz kəməri layihəsinin dəyəri 7,9 mlrd. avro təşkil edir. Bu qaz kəməri Bakı-Tiflis-Ərzurum qaz kəmərinin ardı olacaq və Xəzər qazının Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriyadan keçməklə Avropaya çatdırılmasının təmin edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR