Bank Of Baku

ARDNŞ prezidenti Küveyt səfirini qəbul edib

ARDNŞ prezidenti Küveyt səfirini qəbul edib
# 24 aprel 2010 12:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prerzidenti Rövnəq Abdullayev Küveytin Azərbaycandakı səfiri Qəssan Yusuf Əl-Zəvavini qəbul edib. ARDNŞ-dan APA-ya verilən məlumata görə, diplomat Küveyt və Azərbaycanın neft ölkəsi olduğunu vurğulayaraq öz ölkəsindəki neft şirkətlərinin ARDNŞ-la əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.

Azərbaycanda həyata keçirilən regional əhəmiyyətli neft-qaz layihələri haqda qonağa məlumat verən R. Abdullayev isə şirkətin ölkə daxilində və xaricdə həyata keçirdiyi investisiya proqramlarından danışıb. Görüşdə tərəfləri maraqlandıran məsələlər haqda ətraflı fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR