Bank Of Baku

İyunda Bakıda XVII Xəzər Neft və Qaz Sərgisi keçiriləcək

İyunda Bakıda XVII Xəzər Neft və Qaz Sərgisi keçiriləcək
# 26 aprel 2010 08:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin iyun ayının 1-dən 4-dək Bakıda “Xəzər Neft və Qaz” (“Caspian Oil & Gas”) sərgisi və konfransı keçiriləcək.

Bu barədə «APA-Economics»ə sərginin təşkilatçısı, Böyük Britaniyanın «ITE Group» şirkətinin Cənubi Qafqazdakı eksklüziv tərəfdaşı «Iteca Caspian» şirkətindən məlumat verilib.

Sərgi “Baku Expo Center” Sərgi Mərkəzində təşkil olunacaq. Qeyd edək ki, ötən il istifadəyə verilmiş “Baku Expo Centre” Sərgi Mərkəzi beynəlxalq standartlara uyğun tikilmiş tədbirlər məkanı olaraq konfrans, iclas, seminar və təqdimatların keçirilməsi üçün 30 min kvadrat metrdən yuxarı olan ekspozisiya sahəsini iştirakçılara təqdim edir.

Sərgi və konfransı təşkil edən Böyük Britaniyanın “İTE Group” şirkətinin icraçı direktoru Edvard Stroon bildirib ki, yüksək təchiz edilmiş və genişlənmə imkanları vəd edən mərkəzin açılışı ilə bu nüfuzlu sərgi və konfransın tarixində yeni fəsil başlanacaq: «Çətin iqtisadi dövrana baxmayaraq, “Baku Expo Center” Sərgi Mərkəzinin inşasının başa çatdırılması Azərbaycan iqtisadiyyatının gücünü sübut edərək hökumətin uzaqgörənliyini təcəssüm edir. Bakı şəhəri Xəzər regionunun işgüzar mərkəzidir və bu yeni sərgi məkanının fəaliyyətə başlaması Azərbaycan paytaxtını sərgilər sahəsində, regionun ən qabaqcıl sərgi mərkəzinə çevirəcək».

Qeyd edək ki, “Xəzər Neft və Qaz Konfransı” iyunun 2-si və 3-də Bakının «Hyatt Regency» mehmanxanasında keçiriləcək. Artıq 17-ci dəfədir Bakıda keçirilən “Xəzər Neft və Qaz” sərgi və konfransı Azərbaycan Sənaye və Energetika Nazirliyi və ARDNŞ tərəfindən dəstəklənir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR