Bank Of Baku

Taner Yıldız: «Azərbaycan qazının nəqli məsələsində prinsipial razılaşma əldə olunub»

Taner Yıldız: «Azərbaycan qazının nəqli məsələsində prinsipial razılaşma əldə olunub»
# 26 aprel 2010 22:26 (UTC +04:00)
«Anlaşma bütün sahələrdə əldə edilib. Detalları açıqlamağa ehtiyac yoxdur... Hər iki tərəf da addım atdı. Əsas müzakirə obyektləri «Şahdəniz-1»in qiyməti, «Şahdəniz-2»nin qiymət və miqdarı və tranzit nəql məsələləri idi. Hər 3 əsas məsələdə prinsipial anlaşma əldə olundu», deyə türk nazir əlavə edib.

Onun sözlərinə görə, hələ müzakirə mövzuları bitmədiyindən anlaşmanın detalları açıqlanmır.

«Anlaşmaya görə 2009-cu ilin mayında aldığımız qazın qiyməti 120 dollardan deyil, anlaşdığımız qiymətdən ödənəcək. 2008-ci ilin aprelinədək qazın qiymətindəki fərq ödəniləcək», deyə T.Yıldız bildirib.

Nazir «Nabukko» qaz boru kəməri layihəsi ətrafındakı vəziyyətə də toxunub: ««Nabukko» qarşısında iki vəzifəmiz var; biri ortaq olaraq, ikincisi Avropa Birliyinin enerji təhlükəsizliyi ilə bağlı həllin bir parçası olaraq. Biz deyirik ki, «azərbaycanlı qardaşlarımız bu qazı Türkiyədən keçirə bilərlər və «Nabukko»ya verə bilərlər. Eyni şəkildə digər layihələr üçün də bunu edə bilərlər. Biz öz vəzifəmizi yerinə yetirmişik. Bundan sonra «Nabukko»ya qaz gedib-getməyəcəyi Azərbaycan tərəfi ilə bizim də içində olduğumuz konsorsiuma bağlıdır»
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR