Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu cari ilin birinci rübünün yekunlarını açıqlayıb

Azərbaycan Dövlət Neft Fondu cari ilin birinci rübünün yekunlarını açıqlayıb
# 27 aprel 2010 13:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2010-cu ilin yanvar-mart ayları ərzində büdcə gəlirləri 2 754,5 mln. manat, büdcə xərcləri isə 1 292,3 mln. manat təşkil edib.

ARDNF-dan «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-mart aylarında Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2 704,5 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2 702,2 mln. manat, tranzit gəlirləri 2,0 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,3 mln. manat təşkil edib.

Ötən rüb ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 50,0 mln. manata bərabər olub. Hesabat dövründə Fondun 2010-cu il büdcəsinin icrası çərçivəsində 1 225,0 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 2,9 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə müvafiq olaraq 23,2 mln. manat və 36,5 mln. manat vəsait ayrılıb. Həmçinin «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın maliyyələşdirilməsinə Neft Fondundan 1,9 mln. manat vəsait ayrılıb. Cari ilin birinci rübü ərzində Fondun idarə edilməsi ilə bağlı xərcləri 2,8 mln. manat olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı Fondun büdcədənkənar xərcləri 379,0 mln. manat təşkil edib.

Qeyd edək ki, 2010-cu il aprelin 1-ə Fondun aktivləri 2010-cu ilin əvvəlinə (14 900,4 mln. ABŞ dolları) nisbətən 9,1% artaraq 13 049,7 mln. manata (16 243,3 mln. ABŞ dolları) bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR