Bank Of Baku

Sabah Azərbaycanın bəzi rayon və kəndlərində təbii qazın verilməsində məhdudiyyətlər gözlənilir

Sabah Azərbaycanın bəzi rayon və kəndlərində təbii qazın verilməsində məhdudiyyətlər gözlənilir
# 27 aprel 2010 13:44 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanın bəzi rayon və kəndlərində təbii qazın verilməsində məhdudiyyətlər gözlənilir.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, qazın verilməsində məhdudiyyətlər Siyəzən rayonunun bəzi kəndlərində və Maştağa qəsəbəsinin bir hissəsində gözlənilir.

Bu yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar olaraq Maştağa Qazpaylayıcı Stansiyasından qidalanan “Maştağa-Nardaran” orta təzyiqli qaz kəmərində aprelin 28-də saat 10.00-dan 18.00-dək müşahidə olunacaq.

Eyni zamanda qaz sızmasının ləğvi məqsədi ilə aparılan təmir işləri ilə əlaqədar aprelin 28-də saat 10.00-dan 15.00-dək “Yaşma-Siyəzən” qaz kəmərində təbii qazın verilişi dayandırılacaq.

Bununla əlaqədar olaraq Siyəzən rayonunun Zarat, Qara Siyəzən, Beşdam kəndlərində, və həmçinin Maştağa qəsəbəsinin bir hissəsində və Albalılıq deyilən ərazidə təbii qazın verilişində fasilə yaranacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR