Bank Of Baku

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyində 2010-cu ilin I rübünün yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyində 2010-cu ilin I rübünün yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib
# 27 aprel 2010 18:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin zavodlarında istehsalat birliklərinin 2010-cu ilin I rübünün yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Nazir Yavər Camalovun rəhbərliyi ilə keçirilən kollegiyada iş planına uyğun olaraq birlik və müəssisələrin istehsal, maliyyə təsərrüfat fəaliyyətinin yekunları və qarşıda duran məsələlər müzakirə edilib. Gündəlikdə duran məsələlərlə bağlı müəssisə rəhbərlərinin hesabat xarakterli çıxışları dinlənilib, 2010-cu ilin Dövlət Müdafiə Sifarişi Proqramının və mülki məmulatların istehsalı üzrə proqnoz tapşırıqların yerinə yetirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verilib.

Nazir Y.Camalov bildirib ki, cari ilin Dövlət Müdafiə Sifarişi Proqramının və digər proqnoz tapşırıqların yerinə yetirilməsi üçün bütün güclər səfərbər olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR