Bank Of Baku

Asiya İnkişaf Bankı «Cənub» İES-in kommersiya maliyyələşdirilməsi üçün Azərbaycana zəmanət verə bilər

Asiya İnkişaf Bankı «Cənub» İES-in kommersiya maliyyələşdirilməsi üçün Azərbaycana zəmanət verə bilər
# 28 aprel 2010 12:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin iyun ayında Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası Azərbaycana ölkədə tikiləcək «Cənub» İstilik Elektrik Stansiyasının (İES) kommersiya maliyyələşdirilməsi üçün zəmanətin verilməsi məsələsinə baxacaq. Bu barədə «APA-Economics»ə AİB-in Bakıdakı ofisindən məlumat verilib.

«Azərenerji» ASC isə «Cənub» İES-in tikintisini maliyyələşdirəcək kommersiya bankları ilə anlaşıb. Lakin cəlb olunacaq vəsaitin və zəmanətin həcmi hələ müəyyənləşəcək.

Qeyd edək ki, «Cənub» İES-in tikintisi üçün İslam İnkişaf Bankı «Azərenerji»yə 134 mln. avro ayırıb, OPEC Fondu elektrostansiyanın inşası üçün 20 mln. dollar, Əbu-Dabi İnkişaf Fondu isə 40 mln. dollar vəsait ayıracağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR