Bank Of Baku

ARDNŞ-in baş ofisində Almaniyanın “Jumo” şirkətinin istehsal etdiyi müasir cihazların təqdimatı keçirilib

ARDNŞ-in baş ofisində Almaniyanın “Jumo” şirkətinin istehsal etdiyi müasir cihazların təqdimatı keçirilib
# 28 aprel 2010 15:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) baş ofisində Almaniyanın “Jumo” şirkətinin istehsal etdiyi müasir cihazların təqdimatı keçirilib. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, dünyada avtomatika və nəzarətölçü cihazlarının istehsalı üzrə lider şirkətlərdən sayılan “Jumo”nun avadanlıqlarından bir çox aparıcı neft-qaz şirkətləri istifadə edir. Təqdim edilən geniş texniki imkanlara malik nəzarət-ölçü cihazları neft-qaz sahəsində ən müasir texnoloji proseslərin təhlükəsiz idarəolunmasını və istismarını təmin edir. Təqdimatda təzyiqverici, temperaturverici və nəzarət cihazları nümayiş olunub. “Jumo” şirkətinin nümayəndəsi Yurgen Tsiqler yeni avadanlıqların texniki imkanları haqqında məlumat verib. O, təmsil etdiyi şirkətin cihazları olmadan emal və kimyəvi proseslərin dəqiqliklə yerinə yetirilməsinin çətin olduğunu söyləyib. Y. Tsiqler qeyd edib ki, neft-qaz sənayesində avtomatik idarəetmə sistemlərinin tətbiqi üçün belə cihazlara tələbat böyükdür.
Təqdim olunan avadanlıqlardan istifadənin iqtisadi səmərəliliyinin öyrəlinməsi ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitutuna tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR