Bank Of Baku

ARDNŞ prezidenti Koreya parlamentinin nümayəndə heyətini qəbul edib

ARDNŞ prezidenti Koreya parlamentinin nümayəndə heyətini qəbul edib
# 29 aprel 2010 07:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Koreya parlamentinin deputatı Li Sanq Deukun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Nümayəndə heyətinin üzvlərini ARDNŞ prezidentinə təqdim edən Li Sanq Deuk görüşdə Koreya Qaz Korporasiyasının idarəedici vitse-prezidentinin iştirak etdiyini vurğulayıb. Bu şirkətlə ARDNŞ arasında geniş əməkdaşlıq imkanlarının mövcudluğunu qeyd edib. L.S.Deuk Koreya şirkətlərinin kadrların hazırlanması, ekoloji layihələr, maye və sıxılmış qaz, habelə neft-kimya sahələrində ARDNŞ ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirərək, Koreya hökumətinin bunun üçün hər cür dəstək verməyə hazır olduğunu söyləyib.

ARDNŞ-də artıq bir neçə ildir kadr hazırlığı proqramının həyata keçirildiyini nəzərə çatdıran Rövnəq Abdullayev Azərbaycanın müasir texnologiyalarda maraqlı olduğunu vurğulayıb. ARDNŞ prezidenti bu sahələr üzrə Koreya şirkətlərinin təcrübəsindən istifadə etməyin məqsədəuyğunluğunu qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR