Bank Of Baku

Bu gün Azərbaycan paytaxtının bir sıra ərazilərinə təbii qazın verilməsində məhdudiyyətlər olacaq

Bu gün Azərbaycan paytaxtının bir sıra ərazilərinə təbii qazın verilməsində məhdudiyyətlər olacaq
# 29 aprel 2010 09:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakı şəhərinin bir sıra ərazilərinə təbii qazın verilməsində məhdudiyyət tətbiq olunub. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Şirkətdən bildirilib ki, Bakı-Buzovna avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar bu gün saat 11:00-dan 19:00-dək Digah-Buzovna “Cənub” qaz kəməri ilə təbii qazın nəqli dayandırılacaq. Həmin müddət ərzində Zabrat-II, Nardaran, Maştağa, Albalılıq, Buzovna Qazpaylayıcı stansiyalarının, Bolqarıstan və Ramana südçülük ölçü qovşaqlarının, Olimpiya İdman Kompleksinin qaz təminatında məhdudiyyətlər olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR