Bank Of Baku

AİB Azərbaycanda alternativ energetika sahəsində layihələri dəstəkləməyə hazırdır

AİB Azərbaycanda alternativ energetika sahəsində layihələri dəstəkləməyə hazırdır
# 29 aprel 2010 12:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda alternativ energetika sahəsində özəl investisiya layihələrini dəstəkləməyə hazırdır.

AİB-in Bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, hazırda alternativ energetika sahəsinin inkişafı üçün yalnız Azərbaycan hökuməti səy göstərir. Lakin AİB Azərbaycanda bu sahəni müşahidə etməkdə davam edir və ölkədə alternativ energetika sahəsində özəl investisiya layihələri olduğu halda dəstəkləyəcək.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Hazırda AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Azərbaycanda Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi avtomobil yollarının reabilitasiya və genişləndirilməsi, Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək layihələri, habelə «Şəhər su təchizatı və kanalizasiya Layihəsi», «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi», Gəncə dairəvi avtomobil yolunun tikintisini və digər layihələr maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR