Bank Of Baku

Azərbaycanla Türkiyə arasında qaz sazişi gələn ay Bakıda imzalanacaq

Azərbaycanla Türkiyə arasında qaz sazişi gələn ay Bakıda imzalanacaq
# 29 aprel 2010 13:10 (UTC +04:00)
Bakı – APA-Economics. “Azərbaycanın “Şahdəniz-1” yatağından alınacaq qazın qiyməti ilə bağlı razılaşma əldə etmişik”. “APA-Economics”in məlumatına görə, bu sözləri Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.

O, kiçik anlaşılmazlıqların aradan qaldırıldığını və danışıqların uğurla nəticələndiyini bildirib: “Şahdəniz-2” yatağından hasil ediləcək və “Nabucco” xəttinə ötürüləcək qazın tranzit keçid qiymətləri ilə də bağlı prinsip anlaşmasına nail olmuşuq. Gələn ay Bakıda Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə keçiriləcək toplantıda bu razılaşmalara dair protokol imzalanacaq”.

Nazir ümumilikdə Azərbaycanla üç təməl prinsip barədə razılaşma əldə edildiyini vurğulayıb: “Şahdəniz-1” yatağından alacağımız qaz və “Şahdəniz-2” yatağından alacağımız qazın qiyməti, miqdarı və tranzit haqqı ilə bağlı problemlər qalmayıb. BOTAŞ və ARDNŞ arasında tranzit keçid qiyməti ilə bağlı razılaşma əldə olunub. Dünən Azərbaycan nümayəndə heyəti ölkəmizdə idi. Baş nazirə danışıqların gedişi barədə məlumat verdik. O da kiçik detallara varmayaraq razılaşma əldə etməli olduğumuzu dedi. Və biz prinsipcə hər şeyi razılaşdırdıq. Bu razılaşmanın çox böyük əhəmiyyəti var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR