Bank Of Baku

«Azərikimya» İstehsalat Birliyinin strukturu təsdiqlənib

«Azərikimya» İstehsalat Birliyinin strukturu təsdiqlənib
# 29 aprel 2010 18:09 (UTC +04:00)
ARDNŞ prezidenti Rövnəq Abdullayevin imzaladığı sənəddə göstərilir ki, hüquqi şəxs kimi fəaliyyətinə xitam verilmiş “Azərikimya” Dövlət Şirkətinin Səthi Aktiv Maddələr Zavodunun, Üzvi Sintez Zavodunun, Sumqayıt Mexaniki-Təmir Zavodunun və “Azərikimya” Dövlət Layihə İnstitutunun maddi-texniki bazasında müvafiq olaraq “Azərikimya” İstehsalat Birliyinin tərkibində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi “Səthi Aktiv Maddələr”, “Üzvi sintez ”, “Mexaniki Təmir” zavodları və “Kimyaelmitədqiqatlayihə” İnstitutu yaradılıb.

Əmrə əsasən, “Sintezkauçuk Zavodu” və “Etilen-Polietilen Zavodu”nun maddi-texniki bazasında “Etilen-Polietilen” zavodu yaradılıb. Bu zavod da hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi “Azərikimya” İstehsalat Birliyinin tərkibində fəaliyyət göstərəcək. Bunlardan başqa əmrdə “Azərikimya” İstehsalat Birliyi tərkibində Təmir-tikinti İdarəsi, Nəqliyyat və xüsusi texnika İdarəsi və Anbar Təsərrüfatının yaradılması da əksini tapıb.

Qeyd edək ki, «Azərikimya» Dövlət Şirkəti prezident İlham Əliyevin aprelin əvvəlində imzaladığı sərəncama əsasən ARDNŞ-in tərkibinə daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR